Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır
20.10.2022

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində yaradılan Turizm Ekspertlər Klubunun regionların turizm imkanlarının qiymətləndirilməsi və bölgələrin daxili turizm potensialının artırılması məqsədilə görüşü keçirilib.

ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ilkin mərhələdə İsmayıllı və Şamaxı rayonlarının mövcud turizm infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə infoturun təşkil olunması təklif olunub.

İnfoturun məqsədi qeyd edilən bölgələrdə mövcud turizm marşurutları, turizm məhsulları, istirahət və əyləncə mərkəzləri, hotellər ilə yaxından tanış olmaq, toplanılan məlumatları assosiasiyaya təqdim etməkdir.

Assosiasiya bu marşurutların və məhsulların daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə müraciət edəcək.

Növbəti səfərin Gəncə şəhərinə təşkili nəzərdə tutulub.

Oxşar Xəbərlər

    ×