Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilərlə görüşə həsr olunmuş “Xalqımızın qəhrəman oğulları” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verilib, əsgər və zabitlər, müharibə vaxtı yaşadıqları çətinliklərdən, torpaqlarımızın azad olunmasında keçdikləri məşəqqətli döyüş yollarından danışıblar və oxucuların suallarını cavablandırıblar.
Şagird Həsən Əsədli Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini söyləyib.
Sonda “Bu torpağın hər qarışı Vətəndir” adlı sərgi açılıb.