Nyu-Yorkun Jacob K. Javits Konvensiya Mərkəzində “Səyahət Şousu-2020” adlı sərgi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sərgidə Azərbaycanı Nyu-Yorkda fəaliyyət göstərən “Mənim Yolum” Uşaq və Gənclərin İnkişaf Mərkəzi təmsil edib.
Mərkəzin milli geyimli yetirmələri sərgi iştirakçılarına və ziyarətçilərə Azərbaycan rəqslərini təqdim ediblər.
Qeyd edək ki, Nyu-Yorkda “Səyahət şousu” sərgisi hər il “The New York Times” qəzeti tərəfindən təşkil edilir. Şimali Amerikada ən böyük səyahət şousu olan bu sərgiyə 175-dən çox ölkədən 700-dən artıq iştirakçı qatılır.