Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Həyatımıza rəng qatan zərif varlıqların “Rəngli həyat” adlı rəsm sərgisi açılıb
23.11.2022

“NUR Art House” qalereyasında “Granation” xanımlar klubunun “Rəngli həyat” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə klub üzvləri tərəfindən çəkilmiş 53 əsər nümayiş olunub. Mövzu müxtəlifliyi, zəngin rəng həlli ilə seçilən əsərlər sənətsevərlərə nikbin ruh və özünəinamı təlqin edib. Sərgidə iştirak edən müxtəlif sahələrin təmsilçisi olan xanımlar incəsənət üçün nə yaşın, nə də zaman və məkan anlayışının olmadığını bir daha nümayiş etdiriblər.

“Granation” xanımlar klubu 2016-cı ildə yaradılmış ictimai birlikdir.

Oxşar Xəbərlər

    ×