Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Real həyat -real incəsənət” respublika yaradıcılıq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
18.11.2019

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunub.

Oxşar Xəbərlər

    ×