Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıda Qazaxıstanın Kino Günləri keçiriləcək
06.12.2022

Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda dekabrın 10-11-də bu ölkənin Kino Günləri keçiriləcək.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Bildirilib ki, Bakı tamaşaçılarına “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.

Filmləri “Kenje Kiz” cizgi filminin rejissoru İvan Ardaşov və “Alga” filminin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcək.

Giriş pulsuzdur.

Oxşar Xəbərlər

    ×