Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir
30.01.2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir.

AMEA-dan bildirilib ki, müsabiqə martın 6-dək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb-səhifəsindən əldə etmək olar.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. E-mail: esmira.alirzayeva@science.az.

Oxşar Xəbərlər

    ×