Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Şübhə” romanında erməni cəlladlarının Şamaxıda törətdikləri cinayətlərdən bəhs olunur
13.12.2022

Yazıçı, şairə və publisist Mətanət Ulu Şirvanlının yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan “Şübhə” romanı yazıçının növbəti nəsr əsəridir. Əsər XIX əsrin sonları və XX əsrin əvvəllərində baş vermiş hadisələrin fonunda qələmə alınıb. Kitabda elat tayfalarının həyatı, etnoqrafiyası, qədim və unudulmuş adət-ənənələrindən söhbət açılır.

Romanda hadisələrin böyük bir qismi 1918-ci ildə erməni cəlladlarının Şamaxıda törətdikləri cinayətlərdən bəhs edir. Baş vermiş hadisələri tarixi faktlar əsasında qələmə alan müəllif ermənilər tərəfindən Şamaxı əhalisinin amansız qətliamını və şəhərin acı taleyini oxucuların gözü önünə gətirir.

Oxşar Xəbərlər

    ×