Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir
20.12.2022

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakıdan İstanbula və əks istiqamətdə olan uçuşlarda iki aviabilet əldə edərkən üçüncü aviabileti hədiyyə olaraq təqdim edir.

Bu barədə Reporta "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Yeni il aksiyası dekabrın 26-dan yanvarın 8-dək yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək.

Aviabiletləri AZAL aviaşirkətinin akkreditə olunmuş bütün agentliklərində və ya aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə sorğu göndərməklə rəsmiləşdirmək mümkündür.

Aksiya çərçivəsində hədiyyəli biletin vergi və rüsumları ödənilir. Biletlərin yenidən təxsis edilməsi və ya qaytarılması yalnız eyni vaxtda həyata keçirilə bilər.

Oxşar Xəbərlər

    ×