Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 3-də Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) keçiriləcək qəbulda Mingəçevir şəhəri, həmçinin Bərdə, Yevlax, Şəki və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün qəbula nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.