Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Bakının Binəqədi rayonunda aqrar məhsulların satış yarmarkası işə başlayıb
27.12.2022

Bakının Binəqədi rayonunda - Əcəmi Naxçıvani və Koroğlu Rəhimov küçələrinin kəsişməsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası işə başlayıb.

Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, qurumun dəstəyi ilə keçirilən yarmarka mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində təşkil olunub. Hər gün fəaliyyət göstərəcək yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün şərait yaradılıb.

Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.

Oxşar Xəbərlər

    ×