Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Forbes” jurnalı Azərbaycanı 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər siyahısında göstərib
12.01.2023

“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər qeyd edilib.

AZƏRTAC xəbər verir ki, səyahət ediləcək ölkələr sırasında Azərbaycanın da adı var.

Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. "Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz", - deyə məqalədə bildirilir.

Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələrin də adı yer alıb.

Oxşar Xəbərlər

    ×