Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Azərbaycanın Əməkdar artisti Sankt-Peterburq caz festivalında iştirak edəcək
13.01.2023

Azərbaycanın Əməkdar artisti Həsən Bağırov Sankt-Peterburqda keçiriləcək “Gitara forumu”nun aparıcılarından biri olacaq.

AZƏRTAC xəbər verir ki, forum XXII Sankt-Peterburq Yeni il Caz Festivalı çərçivəsində ilk dəfə təşkil olunacaq. Bu barədə jurnalistlərə festivalın musiqi direktoru David Qoloşenko məlumat verib.

Xatırladaq ki, Həsən Bağırov Sankt-Peterburq kapellası nəzdində Xor kollecinin və M.Musorqski adına Musiqi Kollecinin caz gitara ixtisası üzrə məzunu, Sankt-Peterburq Caz Filarmoniyasının solistidir.

Oxşar Xəbərlər

    ×