Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr edilən “20 Yanvar” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yanvarın 20-də baş verən hadisələr haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş edilir.