Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıda “Gənc istedadlar sərgisi” layihəsinə başlanılır
19.01.2023

Yanvarın 29-da Bakıdakı Rus Evində “Gənc istedadlar sərgisi” layihəsinə start veriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqova, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyeva, yeni başlayan rəssamlar üçün təsviri sənət müəllimi Aysel Məhərrəmovanın əsərləri nümayiş olunacaq.

Tədbir Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

Oxşar Xəbərlər

    ×