Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan şərablarının Rusiyaya ixracı artıb, Çin istiqaməti bərpa ediləcək
19.01.2023

Azərbaycan 2022-ci ildə şərab ixracını 2021-ci illə müqayisədə 50 % artıraraq 6,4 milyon ABŞ dollarına çatdırıb.

Bunu Reporta Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan şərabının ixracı baxımından çox uğurlu olub: “İl ağır başlasa da, ilin sonuna bu bazarda müsbət dinamika müşahidə olunub. İrxacın coğrafyasında böyük dəyişiklik baş verməyib və yenə də əsas ixrac bazarımız Rusiya olub. Beləliklə ixracımızın 75 %-i Rusiya bazarının payına düşür".

Rusiya bazarına ixracı artırmaq üçün şərait yaranıb

E.Mədətov bildirib ki, Avropa və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bizim məhsullarımızın ixracını artırmaq üçün şərait yaratdı. Bizim məhsullar Rusiyaya 2021-ci illə müqayisədə daha baha qiymətə satılır”.

Onun sözlərinə görə, xarici bazarda şərabın qiyməti artıb: “Amma bu artım tələblə bağlı deyildi, məhsulun maya dəyərinin artması ilə bağlıdır. 2022-ci ilin mart, aprel, may aylarında nəqliyyat və logistika xidmətləri kəskin bahalaşmışdı. Məsələn, hər hansı bir istiqamətdə iki dəfə artım olub Moldova, Belarus istiqamətində nəqliyyat xərcləri 2 dəfədən də çox artmışdı. Lakin iqtisadi fəaliyyət aktivləşəndən sonra nəqliyyat xərcləri azaldı, amma hazırda daşınma xərcləri 2021-ci illə müqayisədə 30 % çoxdur.

Assosiasiyanın rəhbəri bildirib ki, ötən ilin əvvəlində Rusiyada milli valyuta kəskin ucuzlaşdı: “Lakin maydan etibarən rublun ABŞ dollarına qarşı bahalaşması müşahidə olunub. Biz Rusiyadan şərabın istehsalı üçün lazım olan ləvazimatları dollarla alırıq, bu isə məhsulumuzu bahalaşdırır, çünki çap məhsulları, şüşələr və digər komponentlər 30-35 % bahalaşıb”.

Oxşar Xəbərlər

    ×