Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
“Yanardağ”, “Atəşgah” və “Yuxarı Baş” qoruqlarını ötən il 350 mindən çox turist ziyarət edib
02.02.2023

Ötən ilin “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 110 mindən çox turist ziyarət edib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun isə 100 minə yaxın ziyarətçisi olub.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə “Yanardağ” və “Atəşgaha” gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər.

Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunu isə ötən il ərzində 141 mindən çox turist ziyarət edib.

Oxşar Xəbərlər

    ×