Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Paytaxt məktəbliləri budo döyüş növləri üzrə dünya kuboku turnirində uğur qazanıblar
31.01.2020

Paytaxt məktəbliləri Bakıda keçirilən budo döyüş növləri üzrə dünya kuboku turnirində parlaq uğur qazanıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bu qurumun tabeliyindəki 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mustafa Məmmədzadə, 7-ci sinif şagirdi Rəsul Şirvanlı I, 6-cı sinif şagirdləri Elmir Bəşirli və Rəvan Şahverdiyev, 2-ci sinif şagirdləri Kərəm Şükürov və Orxan Ağazadə, 1-ci sinif şagirdi Turan Əli II, 4-cü sinif şagirdləri Emil Şükürov və Zaur Ağazadə III yerə layiq görülüblər. Qalib məktəblilər diplom və medalla təltif olunublar.

Qeyd edək ki, turnirdə 14 ölkədən 900-ə yaxın idmançı iştirak edib.

 
Oxşar Xəbərlər

    ×