Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Stiven Spilberq Napoleon haqqında mini-serial üzərində işə başlayıb
22.02.2023

Amerikalı kinorejissor Stiven Spilberq HBO telekanalının sifarişi əsasında Fransa imperatoru Napoleon Bonapart haqqında yeni mini-serial üzərində işə başladığını bildirib.

AZƏRTAC xəbər verir ki, mini-serialın ssenari müəllif Stenli Kubrik onu tammetrajlı film çəkilməsi üçün yazıb.

Stiven Spilberq bildirib ki, Napoleon haqqında layihə üzərində işə 2013-cü ildən başlayıb. Mini-serialda “Həqiqi detektiv”in prodüseri Keri Fukunaqa və ssenari müəllifi Devid Obern iştirak edir.

Layihə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmır.

Oxşar Xəbərlər

    ×