Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Xocalı faciəsinin şahidi ilə görüş təşkil edilib
24.02.2023

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı sakini, Xocalı faciəsinin şahidi, fədakar rabitəçi, "Erməni zindanında 8 gün", "Yarımçıq qalmış ömür...", "Xocalı şəhidləri 613" kitablarının müəllifi Dürdanə Ağayeva ilə oxucuların görüşü təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı faciəsi zamanı baş verən işgəncələrdən və ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışılıb.

Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva çıxışında ona edilən işgəncə və zülmləri yazdığı kitablar vasitəsilə ictimaiyyətə təqdim etməklə məqsədin əslində əsirlikdə olan bütün insanların hayqırtısını, harayını oxuculara çatdırmaq olduğunu bildirib.

Sonra Elvin Elxanoğlunun müəllifi olduğu "Xocalı" şeiri səsləndirilib.

Oxşar Xəbərlər

    ×