"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti martın 15-dən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
Report AZAL-a istinadən xəbər verir ki, aviareyslər hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.
Biletləri aviaşirkətin www.butaairways.az internet səhifəsindən və yaxud mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.