Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Ölkəmizdə uğurla reallaşdırılan islahatlar Azərbaycan gəncliyində böyük inam və ümid yaradıb
31.01.2020

Gənclərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal iştirakı, siyasi idarəçilik sisteminə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin olunması, mədəni dünyaya inteqrasiyası daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Son vaxtlar ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycan gəncliyində böyük inam və ümid yaradıb.

Bunu müsahibəsində Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əkrəm Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan, cəmiyyətdə yenilikçi ruhu və müasirliyi ilə seçilən BSU-da dövlət gənclər siyasətinin icrası üçün səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Təcrübəli elm və təhsil təşkilatçısı, rektor Nurlana Əliyeva tələbə-gənclərin keyfiyyətli təhsil almalarını, sosial fəallıqlarının gücləndirilməsini, universitetin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakını, onların xalqımızın yüksək milli-mənəvi dəyərlərinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmalarını əsas vəzifələr kimi qarşıya qoyub. BSU-da yaradılmış sağlam və işgüzar mənəvi-psixoloji mühit, şəffaf və obyektiv tədris və imtahan prosesi, tələbə ictimai təşkilatlarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi tələbələrin yaxşı təhsil almalarına müsbət təsir göstərməklə yanaşı, onların fərdi təşəbbüskarlığını artırır, fəaliyyətlərinə ciddi stimul verir. Eyni zamanda, BSU-da tələbələrin sosial müdafiəsi daim universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan, mövcud qanunvericilikdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulan ailələrdən olan tələbələrin yataqxanada otaqla təmin edilmələri, onlara hər ay yemək talonlarının verilməsi, maddi yardım göstərilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən hər tədris ilində iki dəfə adlı təqaüdlərin verilməsi, eləcə də fəal tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli təşkil olunması bunun əyani sübutudur.

“Tələbə-gənclərimiz müasir dövrümüzün trendlərindən sayılan könüllülük hərəkatında fəal iştirak edirlər. BSU-nun mindən çox tələbə-könüllüsü respublika səviyyəli tədbirlərdə, eləcə də beynəlxalq tədbirlərdə universitetimizi yüksək təəssübkeşliklə, layiqincə təmsil edirlər. Dövlətimizin başçısının Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi tələbələrimizin könüllülük hərəkatına verəcəkləri töhfələrin miqyasını artıracaq. BSU-nun tələbə-gəncləri bundan sonra da yüksək səviyyədə təhsil almaqla bərabər, xalqımıza, dövlətimizə ləyaqətlə, vicdanla, sədaqətlə xidmət edəcək və göstərilən etimadı layiqincə doğruldacaqlar”, - deyə Ə.Mirzəzadə vurğulayıb.

O, məmnunluq hissi ilə qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında gəncliyə böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsası Azərbaycan xalqının ümummilli lideri, təcrübəli və müdrik dövlət rəhbəri, dünya miqyaslı siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev öz çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətində həmişə gəncliyə xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşıb, bilikli, savadlı, istedadlı gənclərin cəmiyyətdə layiqli yerlərini tutmaları üçün onlara əlverişli şərait yaradıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva gənclərin elmi-intellektual səviyyəsinin yüksəldilməsinə, onların sağlam və müasir düşüncəli, vətənpərvər ruhda tərbiyə olunmalarına böyük önəm verirlər.

Oxşar Xəbərlər

    ×