F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illiyi münasibətilə hazırlanan “Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin əvvəlində F.Köçərlinin müdrik deyimləri və görkəmli şəxslərin onun haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin fəaliyyətindən bəhs edilib. Tövsiyə biblioqrafiyasında 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr və s. materiallar yerləşdirilib. Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub.
Tövsiyə vəsait ilə tanış olmaq istəyənlər https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/firidun-b-y-koc-rli-160 linkinə daxil ola bilərlər.