Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Şuşa Teatrı bu dəfə uşaqları “Əlibaba və qırx quldur” tamaşası ilə sevindirib
03.02.2020

Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunub.

Ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.

Səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.

Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayıblar.

 
Oxşar Xəbərlər

    ×