Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Tarixin izi ilə” adlı rəsm sərgisi açılıb
31.03.2023

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tarixin izi ilə" adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verildikdən sonra Mərkəzin rəsm kursu tələbələrinin rəsmlərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Eyni zamanda Mərkəzdə fəaliyyət göstərən "Cırtdan" poeziya teatrının üzvləri vətənə, torpağa, şəhidlərə aid şeirlər səsləndiriblər.

Oxşar Xəbərlər

    ×