Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər
03.02.2020

Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

DİM-dən bildirilib ki, qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar bu imtahana buraxılacaqlar.

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra - iyunun 8-dən 18-dək aparılır.

Oxşar Xəbərlər

    ×