Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bəhram Bağırzadə: Burada stendim var və xaricdən gələn qonaqlara müəllifi olduğum kitabları təqdim edirəm
04.04.2023

Bakıda hazırda turizm sahəsi istiqamətində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi keçirilir. Burada bir çox yerli və xarici şirkətlər iştirak edir. Mən bu gün bu sərgiyə daxil olarkən dua etdim. Allah hər bir Azərbaycan vətəndaşına ruzi-bərəkət və ölkəmizə hər zaman əmin-amanlıq nəsib etsin ki, hər kəs ürəyi istədiyi, öz arzusunda olan ölkələrə istirahətə, səyahətə gedə bilsin. Digər millətlərə də arzuladım ki, onların da pulu çox olsun və onlar da bizim ölkəmizə gələrək bizim milli xüsusiyyətlərimiz, adət-ənənələrimiz, eləcə də qonaqpərvərliyimizlə tanış ola bilsinlər.

Bu sözləri  AZƏRTAC-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.

“Prezident İlham Əliyevə minnətdarıq ki, bu gün ölkəmizdə belə bir mötəbər tədbirlər təşkil olunur. Çox qürurvericidir ki, müharibədən yeni çıxmış xalq belə mötəbər tədbirlərə imza atır. Bu da özlüyündə böyük bir göstəricidir. Bu gün gördüyünüz kimi mənim də burada stendim var və xaricdən gələn qonaqlara müəllifi olduğum "Bakı", "Şuşa", "Qarabağ", "Qəbələ", "Gəncə", "Naxçıvan", "İrəvan" və digər kitablarımı təqdim edirəm. Məqsəd, xarici qonaqlarda ölkəmiz haqqında xoş təəssürat yaratmaq və doğma Azərbaycanımız haqqında onları məlumatlandırmaqdır", - deyə B.Bağırzadə vurğulayıb.

Oxşar Xəbərlər

    ×