Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Beynəlxalq Muğam Mərkəzində Sergey Raxmaninovun kamera-vokal lirikası axşamı təşkil olunacaq
05.04.2023

Aprelin 18-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində dahi rus bəstəkarı Sergey Raxmaninovun kamera-vokal lirikası axşamı keçiriləcək. Qeyd edək ki, bu il bəstəkarın anadan olmasının 150 illiyi geniş qeyd olunur.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramı “Mən peyğəmbər deyiləm...” adlandıran layihənin rəhbəri pianoçu Yuliya Kərimova digər tanınmış sənətçilər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Mahir Tağızadə ilə (bariton) bərabər Sergey Raxmaninovun poeziya və musiqinin ahəng təşkil edərək ruhun səmimiliyinə çevrilən böyük bədii dünyası barədə öz təsəvvürlərini dinləyicilərə təqdim edəcəklər.

Oxşar Xəbərlər

    ×