Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Uşaqların sevimlisinə çevrilən “Kukuli” tamaşası ilk dəfə Bakı və Gəncə səhnəsində
20.04.2023

“Kukuli” interaktiv-musiqili tamaşa aprelin 22-23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında, aprelin 24-də isə Gəncə Dövlət Filarmoniyasında Ankara teatrının təqdimatında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Həmçinin bütün tamaşaçıları unudulmaz təəssüratlar və sürprizlər gözləyir

Saat 11:00 və 14:00 baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli, ailəvi musiqili-interaktiv tamaşanın biletlərini şəhərin bütün kassalarından, “Gənclik” və “28 MALL” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

23 Aprel- Türkiyənin Milli Suverenlik və Uşaq Bayramını bir yerdə qeyd etməyə tələsin.

Oxşar Xəbərlər

    ×