Ümummilli Lider Heydər Əliyev Azərbaycan kinematoqrafiyasına atalıq edirdi, bu sahəyə qayğısını əsirgəmirdi. O, kinematoqrafiyanı millətin inkişafı üçün əsas vasitələrdən hesab edirdi.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Kinosu –125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda Xalq artisti, rejissor Oqtay Mirqasımov deyib.
Xalq artisti təəssüf hissi ilə bildirib ki, bu gün kinoteatrlarımızın əksəriyyətində bayağı filmlər təbliğ olunur. Bunlara nəzər yetirilməlidir: “Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Bu, dəyərlərə xəyanətdir. Biz kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalı, amma tamaşaçının da zövqünü korlamamalıyıq”.
Azərbaycan kinematoqrafiyasının bir çox çatışmazlıqlarından söhbət açan O.Mirqasımov kinomuzun gələcək inkişafına ümid bəslədiyini vurğulayıb.