“Squid Game”, “Triumph” və digər bu kimi serialların uğuru sayəsində “Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, qarşıdakı dörd il ərzində “Netflix” şirkətinin Cənubi Koreyada Koreya film və seriallarının hazırlanması üçün 2,5 milyard dollar sərmayə qoyacağı bildirilib.
Qeyd edək ki, investisiya planları Vaşinqtona rəsmi səfərə gələn Cənubi Koreya prezidenti Yoon Sok-Yeol ilə “Netflix”-in rəhbərlərindən biri Ted Sarandos arasında keçirilən görüş zamanı açıqlanıb.