Yadplanetlilər dünyasında olan hadisələrdən bəhs edən məşhur “Yad” filminin yeni bölümünün çəkilişlərinə başlanılıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin rejissoru Federiko Alvarez çəkiliş meydançasından ilk foto və filmin tizer-treylerini yayımlayıb.
Qeyd edək ki, treylerdə film barədə ümumi fikir açıqlanmır, sirr kimi saxlanılır. Amma yeni bölümdə izləyiciləri maraqlı hadisələrlə bol kadrlar gözləyir. Ekran əsərinin premyera tarixi hələ ki, açıqlanmayıb.