Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Yazıçı Qəni Camalzadənin seçilmiş əsərləri üç cilddə nəşr olunub
27.04.2023

Bu günlərdə tanınmış yazıçı Qəni Camalzadənin seçilmiş əsərləri 3 cildə nəşr olunub.

Bu barədə AZƏRTAC-a yazıçı-publisist Səadət Sultan məlum verib.

“Qanun” nəşriyyatında bu üç cildliyin təqdimatı keçirilib. İştirakçılar əvvəlcə Qəni Camalzadəyə həsr olunmuş videoçarxa baxıblar.

Şair-publisist Ağacəfər Həsənli tədbirdə çıxış edib və yazıçının yaradıcılıq yolundan söz açıb.

Tanınmış şair Tofiq Nurəli Qəni Camalzadənin şəxsiyyətindən, yaradıcılığından, bəşəri hiss və duyğularından danışıb.

Nurəddin Ədiloğlu çıxış edərək deyib: “İndi yaddaqalan, diqqət çəkən və hamıya lazım olan roman yazmaq çətindir. Lakin qələm dostum Qəni Camalzadə bu işin öhdəsindən ustalıqla gəlmişdir.

Çıxış edən digər natiqlər Qəni Camalzadəni təbrik edib, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Sonda müəllif iştirakçılara və təşkilatçılara təşəkkür edib.

Oxşar Xəbərlər

    ×