Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda çıxış edəcək
02.05.2023

Noyabrın 5-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Emmanuil Vitorqan çıxış edəcək.

Bu barədə AZƏRTAC-a Heydər Əliyev Sarayından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın "Fəxri mədəniyyət işçisi" olan həmyerlimiz yeni "Həyat davam edir" yubiley monotamaşasını təqdim edəcək.

Yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.

Oxşar Xəbərlər

    ×