Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxanada “Heydər Əliyev İli və kitabxanalar” adlı metodik vəsait istifadəçilərə təqdim olunub
10.05.2023

Bu gün Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi tamam olur.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Heydər Əliyev İli və kitabxanalar” adlı metodik vəsait hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti, “Müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisi” adlı məqalə, kitabxanalarda Heydər Əliyev irsinin təbliği ilə əlaqədar tövsiyələr, “Əlavələr” bölməsində isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”, həmçinin Ulu Öndərin kitab və kitabxana haqqında müdrik kəlamları, dünyanın və Azərbaycanın görkəmli elm, mədəniyyət və siyasi xadimlərinin Ümummilli Lider haqqında söylədikləri fikirlər və s. məlumatlar verilmişdir.

Metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/Lider100.pdf linkindən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×