Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
"Silk Way West Airlines" Münhendəki "Air Cargo Europe" sərgisində "Caspian Air Cargo Summit 2023" tədbirinin keçirilməsini elan edib
11.05.2023

Münhendə keçirilən "Air Cargo Europe" sərgisi zamanı Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan "Silk Way West Airlines", "Euroavia International" şirkəti ilə birgə 23-25 oktyabr 2023-cü il tarixlərində Bakı, JW Marriott Absheron hotelində keçiriləcək "Caspian Air Cargo Summit 2023" tədbir haqqında elan etdi.

Bu tədbir sənayedəki tendensiya, problem və imkanları müzakirə etmək üçün dünyanın hər yerindən hava yükdaşımaları sahəsinin əsas oyunçularını bir araya gətirəcək.

"Caspian Air Cargo Summit 2023" logistika, nəqliyyat, e-ticarət və müxtəlif digər mövzuları əhatə edəcək. İştirakçılar fikir və təcrübə mübadiləsi aparmaqla yanaşı yeni biznes imkanlarını araşdıra biləcəklər. "Caspian Air Cargo Summit 2023" tədbirinin cəlbedici və maraqlı olacağı gözlənilir və "Silk Way West Airlines" hər zamankı kimi bütün iştirakçılar üçün faydalı və məhsuldar təcrübə təmin etməyə hazırdır.

“Caspian Air Cargo Summit 2023"ün bu il yenidən gündəmə gəlməsindən şadıq. Bu, Mərkəzi Asiya regionunda bir nömrəli hava yükdaşıma sammitidir və dünya üzrə rəhbər heyətin bir araya gələcək əsas ticarət dəhlizlərindən birinin mərkəzidir. Tədbir iştirakçılara regionda hava yüklərinin artımı ilə bağlı aktual məlumatlar əldə etmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı verəcək. Biz Mərkəzi Asiyanın aparıcı hava yükdaşıyıcısı olaraq dünyanın hər yerindən gələn iştirakçıları səbirsizliklə gözləyirik”, - "Silk Way West Airlines"ın prezidenti cənab Volfqanq Mayer bildirib.

"Euroavia International"ın təsisçisi və direktoru Lars Qunnar-Komen əlavə edib: “Caspian Air Cargo Summit 2023"ün dörd illik fasilədən sonra bu il təkrar keçirilməsindən çox şadam. "Caspian Air Cargo Summit" hər zaman geniş imkanları ilə hava yükdaşımaları üzrə aparıcı mütəxəssisləri Bakıya cəlb edib. Builki tədbir Avropa-Asiya ticarət yolu, elektron ticarət, yük təyyarələri, daşınmada yeniliklər, təchizat zənciri və qlobal bazarın imkanları kimi mövzuları əhatə edəcək. "Caspian Air Cargo Summit 2023" hava yükdaşımaları sənayesindəki ən son yenilikləri öyrənmək üçün mükəmməl bir platformadır”.

"Caspian Air Cargo Summit 2023" tədbirində sponsorluq imkanları və qeydiyyat haqqında ətraflı məlumat üçün www.caspiancargosummit.com saytına daxil olun. Tədbirə qeydiyyat artıq açıqdır.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.

"Euroavia International" 1988-ci ildə yaradılıb və hava limanları və aviasiya sənayesi üzrə peşəkar xidmətlər təklif edir. Şirkət hava yükdaşımaları sektorunda ən son tendensiyalara xüsusi diqqət ayıraraq, aviasiya ilə bağlı konfranslar təşkil edir. 1999-cu ildən etibarən "Euroavia International" Afrika, Avropa, Yaxın Şərq və Şərqi Asiyanın 13 ölkəsində 47 konfrans təşkil etmişdir. Həmçinin Nordic Air Cargo Symposium, The Future of Norwegian Seafood Air Logistics və World Cargo Summit kimi digər müvəffəq tədbirlər də həyata keçirib.

Oxşar Xəbərlər

    ×