Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
DokuBaku VII Beynəlxalq Sənədli Film Festivalına ərizə qəbulu başlayır
16.05.2023

DokuBaku VII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizə qəbulu elan edilib. Builki buraxılışın əsas mövzusu "KosmoDarvinizm: Dolça Əsri"dir.

AZƏRTAC xəbər verir ki, festival sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək.

Builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematik araşdırmalarla bölüşməkdir.

Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarwin: ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.

May 25-dən başlayacaq müraciət üçün son tarix iyulun 25-də başa çatacaq.

Seçilən filmlər avqustun 25-də elan ediləcək.

Festivala ərizə müraciəti https://filmfreeway.com/DBIDFF platformasında həyata keçirilir.

Oxşar Xəbərlər

    ×