Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“Bakı Gəmiqayırma Zavodu” yeni sifarişlər gözləyir
16.05.2023

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-yə bu gün suya salınmış "Zəngilan" tankeri kimi yeni gəmilərin inşası üçün sifarişlərin daxil olacağı gözlənilir.

Reporta xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin və zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

"O cümlədən xarici ölkələrdən də sifarişlər gözlənilir", - deyə o qeyd edib.

"Hazırda zavodda optimallaşdırılma üzrə iş aparılır. Qarşımızda duran məsələ budur ki, həm zavodu optimallaşdıraq, həm də bir tikintinin sürətini artıraq", - deyə E.Nuriyev əlavə edib.

Oxşar Xəbərlər

    ×