Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Heydər Əliyev və Şuşa xatirələri” adlı tədbir keçirib
17.05.2023

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Şuşa xatirələri” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. O, Şuşa şəhərinin tarixindən, Ali Baş Komandanın rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində Şuşanın işğaldan azad olunmasından, bu qədim şəhərin Azərbaycanın mədəniyyət beşiyi olmasından danışıb.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev siyasətindən, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə dağıntılara məruz qalmış tarixi abidələrdən, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun böyük Zəfərə imza ataraq, bizə qələbə sevinci yaşatmasından söhbət açıblar.

Bədii hissədə opera ifaçısı, türk dünyasının dərvişi İlham Əsgəroğlu “Çırpınırdın Qara dəniz” mahsını ifa edib. Eyni zamanda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda monoloq və şeirlər, ədəbi-bədii kompozisiyalar səsləndirilib.

“Heydər Əliyev və Şuşa xatirələri” adlı videoçarx nümayiş olunub.

Sonda Mərkəzi Kitabxananın mövzu ilə əlaqədar təqdim etdiyi sərgiyə baxış keçirilib və Ulu Öndər Heydər Əliyev muzeyi ziyarət edilib.

Oxşar Xəbərlər

    ×