Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Dünya Bankı ilə “Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirə edilib
24.05.2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dünya Bankının nümayəndə heyəti ilə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin üstünlükləri barədə fikir mübadiləsi aparıb.

Report xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələr tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatları əhatə edib, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.

Oxşar Xəbərlər

    ×