Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıda keçiriləcək “Digital Marketing Conference 2023"ün spikerləri bəlli oldu!
26.05.2023

“Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə baş tutacaq “Digital Marketing Conference”in (DMC23) spikerləri məlum olub.

“Facemark” MMC-nin təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan konfransın hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 14 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.

“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu "Yaradıcı kontent və müştəri cəlbi” panelində "Rafineri" şirkətinin partnyoru və baş yaradıcı direktoru olaraq fəaliyyət göstərən Emre Kaplan, "Trilogy News" şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, "Havas Azərbaycan" şirkətinin rəhbəri Hüseyn Hüseynov, "Ağıllı Nağıllar" şirkətinin təsisçisi İlham Əkbərli və "Endorphin" şirkətinin təsisçisi Orxan Kərimov təcrübələrini bölüşəcəklər.

"Adsnerd" şirkətinin rəhbəri, "Google" reklamları üzrə Azərbaycanda yeganə premyer partnyoru və məhsul eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli baş tutacaq. Panelin spikerləri - "Kapital Bank"ın Rəqəmsal Marketinq üzrə Proses sahibi Kamran Babaşov, "Evido" şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi, "Google" şirkətinin Media Effektivliyi üzrə Baş Mütəxəssisi Maria Boçeva (Mariia Bocheva) və “Digital Marketing Institute”un Qlobal Hesab Meneceri Sin Kenni (Sean Kenny) rəqəmsal dünyaya dair fikir mübadiləsi aparacaqlar.

"Code Academy" tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" paneli baş tutacaq. "Reel" Agentliyinin təsisçi və CEO-su Cəfər Nəcəfov, ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, "Azerconnect" şirkətinin Machine Learning Mühəndisi Nicat Zeynalov, "AzInTelecom" şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və "OnDigital" Agentliyinin təsisçisi Zamin Namazov bu panelin spikerləri olacaqdır.

Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference 2023"ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Oxşar Xəbərlər

    ×