Yaxın Şərq üzrə əsas hədəf ölkələrdən biri də İsraildir. Azərbaycanın İsraildə fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi ikitərəfli turizm əlaqələrimizin inkişafına töhfə verməkdədir. Hazırda Təl-Əvivlə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Qeyd edək ki, təbliğat tədbirlərinin bir hissəsi olaraq cari ilin mart ayında Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub, həmçinin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.