Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlığın inkişafını müzakirə edib
02.06.2023

Azərbaycan Beynəlxalq Enerji Xartiyası təşkilatı ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.

Report xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan Beynəlxalq Enerji Xartiyasının baş katibi Qay Lentz ilə keçirdiyi görüşdə aparılıb.

Tərəflər həmçinin təşkilatın fəaliyyətinə və Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Bu barədə P. Şahbazov özünün tviter hesabında yazıb.

Oxşar Xəbərlər

    ×