“Bakı payızı 2023” müsabiqəsinin birinci və ikinci turları çərçivəsində konsert proqramları təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertlər iyunun 28, 29, 30-da və iyulun 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçiriləcək.
Müsabiqənin 1 və 2-ci turlarının qalibləri müəyyənləşəcək və elan olunacaq.
Biletləri şəhərimizin kassalarından və www.iticket.az saytından onlayn əldə etmək olar.