Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Bakıda yerli şirkətlərin sərgisi keçirilir
08.06.2023

Bu gün Bakıda “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.

Bu barədə Reporta İqtisadiyyat Nazirliyininn tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında müstəsna rol oynadığını, hazırda Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.

Oxşar Xəbərlər

    ×