Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
AZƏRTAC 2810 ədəd saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib
23.06.2023

Azərbaycan Dövlət İnformasiya Agentliyi  tərəfindən 2810 ədəd saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Təhvil verilən fotosənədlər Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Cəbrayıl rayonunun 24 kəndini əhatə etməklə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan zaman adıçəkilən ərazilərdə vandalizm aktlarını, tarixi abidələrin dağıdılmasını, ekoloji terrorunu və s. əks etdirir.

Hazırda arxivə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Oxşar Xəbərlər

    ×