Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Bakı Slavyan Universitetinin tələbələri Dilçilik İnstitutunda istehsalat təcrübəsi keçəcəklər
04.02.2020

Təhsil nazirinin 2008-ci il 19 sentyabr tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil məktəbləri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə Bakı Slavyan Universiteti (BSU) arasında 2019-2020-ci tədris ili üçün müqavilə imzalanıb.

AMEA-dan bildirilib ki, sənədi BSU-nun rektoru, professor Nurlana Əliyeva və institutun direktoru, akademik Möhsün Nağısoylu imzalayıblar.

Müqavilənin imzalanmasında məqsəd BSU-da təhsil alan tələbələrin Dilçilik İnstitutunda istehsalat təcrübəsi keçmələrinə şəraitin yaradılmasıdır. İstehsalat təcrübəsi kifayət qədər iş stajı olan təcrübə rəhbəri tərəfindən keçiriləcək.

 
Oxşar Xəbərlər

    ×