Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
"Tiktok" I rübdə Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib
05.07.2023

Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.

Reportun xəbərinə görə, bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Eremeeva bildirib.

Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.

K.Eremeeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.

Oxşar Xəbərlər

    ×