Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bakıda Vladimir Mayakovskiyə həsr olunmuş musiqili-poetik gecə keçiriləcək
14.07.2023

İyulun 22-də Bakıdakı Rus evinin Poeziya Klubu çərçivəsində böyük rus şairi Vladimir Mayakovskinin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-poetik gecə keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə klubun gənc iştirakçıları məşhur şairin şeirlərini oxuyacaqlar.

Proqram çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Ləman Cəfərovanın ifasında müxtəlif musiqi əsərləri səsləndiriləcək.

Giriş pulsuzdur.

Oxşar Xəbərlər

    ×