Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Gənc Tamaşaçılar Teatrı balaca tamaşaçıları unutmayıb
05.02.2020

Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşasını təqdim edəcək.

Teatrdan bildirilib ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandıracaq.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

 
Oxşar Xəbərlər

    ×